12 yaşlı uşağın gözündən canlı gənə çıxdı

Türkiyənin Bitlis şəhərində 12 yaşlı uşağın gözündən canlı gənə çıxıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, göz ağrısı şikayəti olan uşaq xəstəxanaya aparılıb.

Müayinə nəticəsində uşağın gözündə bir cismin olduğu müəyyən edilib. Daha sonra gözdəki cismin gənə olduğu üzə çıxıb. Gənə əməliyyat edilərək uşağın gözündən çıxarılıb.

Gənənin uşağa küçədə oxşadığı pişikdıən keçdiyi ehtimal edilir.

COP29