Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

120 dəqiqə başa çatdı - UEFA Super Kubokunun qalibi bəlli oldu

Reklam: Sinerji Pro

UEFA Super Kubokunun qalibi bəlli olub. 

Yenicag.az xəbər verir ki, kubokun sahibi “Liverpul” olub.

Oyunun əsas 90 dəqiqəsi 1:1 bərabərliklə bitib. Belə ki, 36-cı dəqiqədə Oliver Giroud hesabı “Çelsi”nin xeyrinə dəyişib. 48-ci dəqiqədə Sadio Mane oyunda hesabı bərabərləşdirib. Əsas 90 dəqiqə bu hesabla başa çatıb.

Əlavə edilmiş 30 dəqiqənin ilk yarısının 95-ci dəqiqəsində Mane dublini rəsmiləşdirib. 101-ci dəqiqədə isə, “Liverpul”un qapısına təyin olunmuş penaltini Jorgihno dəqiq zərbə ilə qola çevirib.

Oyunun taleyi penalti zərbələrində həll edilib. Burda 5-4 hesabı ilə üstün olan “Liverpul” komandası qalib gələrək UEFA Super Kubokunun sahibi olub.

www.yenicag.az

8315