Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

120 kq yararsız ət tapıldı - Beyləqanda

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində aprelin 11-i gecə saat 2 radələrində vətəndaşa məxsus “Jiquli” markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman baqaj hissədə təxmini çəkisi 120 kq olan iribuynuzlu heyvan cəsədi aşkar edilib.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.

Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.

www.yenicag.az

2301