Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli yazışma proqramı olan “ByLock”dan Türkiyənin 125 millət vəkilinin istifadə etdiyi üzə çıxıb. Yenicag.az Türk mediasına istinadən xəbər verir ki, AKP, MHP, CHP və HDP-dən olan toplam 125 millət vəkilinin telefonuna bu proqramın yüklənildiyi müəyyən edilib.
Xəbərdə deyilir ki, “ByLock” istifadə edən millət vəkillərinin 82-I hakim partiya üzvü, 43-ü isə digər partiyalardan olan deputatlardan ibarətdir.
Xəbərdə deyilir ki, təhlükəsizlik orqanları siyahının yayılmamasına çalışsalar da, ilkin versiyası artıq digər hüquq mühafizə orqanlarına yayılıb və bu siyahıdakıların çoxu artıq bilinir.
Yenicag.az