125 hektar ərazi kül oldu

Şabran rayonunda yanğın hadisəsi baş verib. 

Yenicag.az-ın məlumata görə, 125 hektar ərazidə qamışlıq sahə yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Bir neçə saat davam edən alovun qarşısını gecə saatlarında almaq mümkün olub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.