125 seçki dairəsindən 7-si seçkidə iştirak etmir

“Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4972356 nəfərdir”.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan 125 dairənin 7 dairəsi bu proseslərdə iştirak etmir:

“Çünki bunlar tamamilə Ermənistan tərəfindən işğal olunan ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, bu 7 dairədən başqa digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339,326 nəfərdir”.