!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Xədicə İsmayılovanı ifşa etdi – YENİ FAKTLAR

!Reklam – Yazi

xedice 16 aprel 2016Təmas xəttindəki son hadisələrdən sonra Ermənistan tərəfi özünü ifşa etməyə başlayıb. Ermənistanın “armenianreport.com” xəbər saytında “Zərbə zərbə ardınca: bu dəfə ABŞ-dan” başlıqlı təhlil yazısı dərc olunub.

Məqalədə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı çirkin oyunlar, jurnalist Xədicə İsmayılovanın ermənilərlə işbirliyinə cəlb olunmasına dair ciddi faktlar yer alıb.

Yazıda bildirilir ki, Ermənistan rəhbərliyi ölkənin yox, öz gələcəyini təhlükə altına atmaq istəmir. Məhz buna görə onlar uzun illərdir şəxsi maraqları naminə canfəşanlıq edirlər.

“Erməni rəhbərliyi ölkənin sərvətini oğurlayır. Onlar Azərbaycanın necə silahlanmasını görmürdülər. Bakı bunu gizli etmirdi. Onlar bu silahları açıq şəkildə Rusiya, Belarus, İsrail və digər ölkələrdən alırdı. Bakıda hətta hərbi paradlar da keçirilirdi. Lakin bizim hakimiyyət çoxdan Ermənistanın təhlükəsizliyi üzrə məsuliyyəti diasporanın üzərinə atıb”-deyə müəllim Sarkisyanın məğlubiyyətə düçar olmasından söz açıb.

Məqalədə bir məqam diqqət çəkir. Belə ki, müəllif açıq şəkildə etiraf edir ki, ABŞ Konqresində Azərbaycana sanksiya tətbiq etmək məsələsi ermənilər tərəfindən təşkil olunub.

Son vaxtlar ABŞ-Azərbaycan münasibətlərinin normallaşması, prezident İlham Əliyevin ABŞ-a səfəri ermənilərin planlarını alt-üst edib.

Məqalədə qeyd edilir: “Ermənistan diasporanın köməyi ilə dünya birliyinin diqqətini Azərbaycandakı demokratiya problemlərinə yönəltməyə çalışırdı. Rəhbərlik bununla vəziyyətdən çıxmaq istəyirdi.

Hətta bizə söz vermişdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq ediləcək. Onlar haradadır?”.

Məqalədə jurnalist Xədicə İsmayılovanın Azərbaycana qarşı kampaniyaya cəlb olunduğu qeyd edilib: “Xədicə İsmayılovanın həbsdə olmasına baxmayaraq, sanksiyalar hələ də tətbiq olunmayıb. Ən pisi odur ki, ABŞ Bakıya qarşı təzyiq göstərmə məsələsini təxirə salıb. Bunu artıq ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da “Amerikanın səsi” radiostansiyasına müsahibəsində açıq şəkildə bəyan edib.

Sekutanın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a uğurlu səfər edib və bu səfərin təşkil olunmasında hər iki tərəf səylər göstərib. Sekuta qeyd edib ki, tərəflər Nüvə Təhlükəsizliyi sammitində prezidentlərinin görüşməsi üçün xeyli səy göstərib. Sekutanın sözlərinə görə, Tərəflər Vaşinqtonda qanunun aliliyi kontekstində insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər”.

Həbsdə olan Xədicə İsmayılovanın hüquqlarını müdafiə etmək üçün ermənipərəst vəkil Amal Kluninin prosesə erməni diasporası tərəfindən cəlb olunması gizlədilməyib: “Xədicə İsmayilova da daxil olmaqla, demokratiya pəhləvanlarının bəyanatları haradadır? Niyə, bizim qərbyönümlü nümayəndələrimiz bu addımlarına görə ABŞ-ı tənqid etmir? Doğurdanmı, Qərb qrantları hamının ağzını bağlayır? Hər şeydə Rusiyanı ittiham etməyə öyrəşən şəxslərin susması diqqətdən yayınmır”-deyə məqalədə vurğulayıb.(Azvision)

www.yenicag.az

918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv