13 hektardan çox taxıl sahəsi kül oldu

Ağcabədi rayonunda 10 hektara yaxın biçilməmiş sahə yanıb.

Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən xəbərə görə, Ağcabədi rayonunun Xocavənd kəndində 9,5 ha biçilməmiş və 4 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.