13 mərtəbəli binada güclü partlayış – 16 nəfər xəsarət alıb

İspaniyanın paytaxtı Madriddə 13 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayışın binanın sonuncu, 13-cü mərtəbəsində məişət qazının partlaması nəticəsində baş verib.

Həmin mərtəbə tamamilə dağılıb, 16 nəfər isə xəsarətlər alıb. Xəsarət alanlardan iki nəfər xəstəxanaya yerləşdirilib. Binanın və ona yaxın tikililərin sakinləri evakuasiya edilib.

Partlayışın təsirindən yanmış konstruksiyalar binanın qarşısında parkinq edilmiş avtomobillərin üzərinə düşüb.

Hadisə yerində tibb işçiləri və yanğınsöndürənlər çalışır.