İngiltərənin “Hall Siti” klubunun oyunçusu Rayan Meyson 26 yaşında futbolla vidalaşmalı olub.
Yenicag.az xəbər verir ki, onun başında çat əmələ gəlib. Ötən mövsüm komandasının “Çelsi” ilə oyununda rəqib futbolçu Qari Keyhillə hava mübarizəsi zamanı başından zərbə alan Meysonun bu müddət ərzində aldığı müalicə faydasız olub. Həkimlər onun bundan sonra futbol oynamasına qadağa qoyublar.
Meyson İngiltərə yığmasında da 1 oyun keçirib. Karyerasına “Tottenhem”də başlayan futbolçu 2016-cı ildə 13 milyin funt-sterlinqə “Hall Siti”yə transfer edilmişdi.