13 universitet müəllimi saxlanıldı – Rüşvətə görə

Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Məsələ ilə bağlı aparılan araşdırmalardan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayətkar şəbəkənin təşkilatçısı hüquq fakültəsinin dekanıdır.

Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədlər götürülüb. Cinayət iştirakçılarını 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

COP29