Əfqanıstanın paytaxtı Kabildə terror aktı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, 13 yaşlı kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər ölüb, 21-i isə yaralanıb.
Hadisə xarici ölkə səfirliklərinin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda qeydə alınıb.
Partlayışın baş verdiyi əraziyə təhlükəsizlik qüvvələri, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.