Gəncədə yeniyetmə dəm qazından zəhərlənib.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Abbasov Sərxan Müslüm oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.