13 yaşlı uşağı maşın vurdu

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Həsənov Təhməz Soltan oğlu Əliağa Vahid, 212 ünvanında yolu keçərkən onu maşın vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub./Report/