Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində bir nəfər batıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
APA-nın məlumatına görə, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.
Onun axtarışları davam etdirilir.