Türkiyənin Konya vilayətində dəhşətli hadisə baş verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 13 yaşlı Mustafa Kemal Üçpınar yem qarışdıran maşının içinə düşərək ağır yaralanıb. Atası Ali İhsan Üçpınar onu maşından çıxararaq xəstəxanaya aparıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, oğlanı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mustafa Kemala 2003-cü ildə yol qəzasında həyatını itirən böyük qardaşının adı qoyulmuşdu.