!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

130 minlik film ətrafında QALMAQAL - Oksana ilə İlkin təqdimata gəlmədi

!Reklam – Yazi

Nizami Kino Mərkəzində “Brat Li” komedik filminin qala gecəsi keçirilib.

Yeniçağ.az xəbər verir ki, təqdimata baş rolları canlandıran rəqqasə Oksana Rəsulova və aktyor İlkin Misgərli qatılmayıblar.

18471034_254996361631492_1125343186_nOksana Rəsulova Hindistandan, Məlahət Abbasova isə Türkiyədən videoçarx vasitəsiylə film haqqında təəssüratlarını bölüşüblər.

Oksananın təqdimata qatılmamasının səbəbi rəqqasənin bir aydan artıqdır ki, təhsili ilə bağlı Hindistanda olmasıdır. İlkin Misgərlinin isə çəkilişdən sonra yaradıcı heyətlə aralarında narazılıq yarandığından o da təqdimata qatılmamışdı.

Nicat Rzazadənin 130 min manata çəkdiyi filmdə İlkin Misgərli, Abbas Əlizadə, Məlahət Abbasova, Oksana Rəsulova, Rüfət Nazar, Sabir Məmmədov, Təvəkkül Əliyev, Oktay Kamil, Delya Fərəcullayeva, Fuad Mədətov, Nofəl Şahlaroğlu və başqaları iştirak edir. “Brat Li”-nin prodüseri Sarvan Allahverdiyevdir.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

960
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv