130 ukraynalı əsirlikdən xilas edildi

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

O, 130 ukraynalının əsirlikdən azad edildiyini açıqlayıb.

Hələlik mübadilə zamanı azad edilən rusiyalı əsirlərin sayı barədə məlumat paylaşılmayıb.