“Bələdiyyələrlə bağlı 1 milyon manat artım var. Bu, təqdirəlayiqdir. Düşünürəm ki, gələcəkdə bunu yenidən artırmaq mümkün olacaq. Lakin bir problem var. Bələdiyyələrin sayının azaldılması ilə bağlı qərar qəbul etdik. Noyabrın sonunda bələdiyyə seçkiləri elan ediləcək. 1606 bələdiyyənin sayı 685-ə düşəcək”
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
“Təəssüf ki, 1300 bələdiyyənin pensiya fonduna 8 milyon borcu var. Onların hesabı bağlıdır. Onlar bu borcu yeni bələdiyyələrə gətirir. Hesab edirəm ki, həmin bələdiyyələrin hesablarına baxmaq lazımdır”, – deyə S.Novruzov qeyd edib.