134 metrlik asteroid Yerə yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2024 BD7 asteroidinin 19 mart çərşənbə axşamı Yer yaxınlığından keçəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.

NASA-nın məlumatına görə, planetimizə ilk dəfə yaxınlaşan göy cismin uzunluğu 134 metrdir.

Ondan Yerə olan məsafə 7,2 milyon km olacaq. Asteroidin sürəti 36 504 km/saatdır.

COP29
Рейтинг@Mail.ru Яндекс.Метрика