Əsrin fəlakətinin altıncı günündə Türkiyədən daha iki sevindirici xəbər gəldi.
Yenicag.az xəbər verir ki, dəhşətli zəlzələdən ən çox zərərçəkən bölgələrdən biri olan Qaziantepdə 4 yaşlı Şengül və atası Sezai Karabacak xilas ediliblər.
Onlar dağıntılar altında 136 saat qalıblar.
Zərərçəkənlər təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.