Türkiyə Super Liqasına yüksələn sonuncu komandanın adına aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, pley-offda “Əskişəhərspor”la “Göztəpə” üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Göztəpə” 14 ildən sonra Super Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, İzmir təmsilçisindən başqa “Sivasspor”la “Yeni Malatyaspor” da bu uğura nail olub.