14 mərtəbəli binadan özünü ataraq intihar etdi – Sumqayıtda

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib.

Onun şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.