!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

14 milyonluq futbolçu fahişəxanada silah çəkdi

!Reklam – Yazi

İspaniyanın “Vilyareal” klubunun müdafiəçisi Ruben Semedu polis istintaqına cəlb olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən futbolçu 2017-ci ilin noyabr ayında iki dəfə fahişəxanaya gedib. O, hər səfərində buradakı qonaqları tapança ilə təhdid edib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Semedunun idarə etdiyi avtomobil kameralara düşdüyündən, polis onu şübhəli şəxs qismində saxlayıb. Lakin izahatı alındıqdan sonra futbolçu sərbəst buraxılıb. Polis onun qonaqları təhdid etdiyi silahın gerçək olub-olmadığını aşkar edə bilməyib.

Qeyd edək ki, futbolçu həmin dövrdə zədəli olduğu üçün oynamırdı. İspaniya klubu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Semedu 2017-ci ilin yayından “Vilyarreal”da çıxış edir. İspaniyalılar onun transferi üçün 14 milyon avro ödəyiblər. Cari mövsümdə müdafiəçi bu komandanın cəmi 5 oyununda meydana çıxıb.

www.yenicag.az

3646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv