İngiltərənin “Lester” klubu Portuqaliya “Sportinq”indən transfer etdiyi Adrien Silvanın xidmətindən 6 ay istifadə edə bilməyəcək.
Yenicag.az xəbər verir ki, buna səbəb “tülkülər”in 28 yaşlı oyunçunun adını “transfer pəncərəsi” bağlandıqdan 14 saniyə sonra sifariş etməsi olub. 28 yaşlı futbolçu yeni klubunun heyətində yalnız məşqlərə qatıla bilər.
Qeyd edək ki, bu transfer “Lester”ə 22 milyon funt-sterlinqə başa gəlib.