Avstraliyada 14 yaşlı uşaq intihar edib.
Yenicag.az xəbər verir ki, buna səbəb Amy adlı qızın sosial şəbəkədə üzləşdiyi zorakılıq olub. Amynin atası Tick Everett qızının “bu dünyadakı pisliklərdən” qurtulmaq istədiyini və həyatına son verdiyini deyib. O, insanları sosial şəbəkə vasitəsilə təhdid və zorakılığa qarşı səssiz qalmamağı çağırıb.
Qeyd edək ki, 14 yaşlı Amy “Akubra” papaq markasının reklam üzü idi.