Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.
Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.
Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.