14 yaşlı qız dəm qazından boğularaq öldü – Gəncədə

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.