14 yaşlı qız dərmandan zəhərlənib öldü

Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.

Yenicag.az Report-a istinadən  xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

COP29