14 yaşlı qız intihar etdi – Şəmkirdə

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.