!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

14 yaşlı qızı uzun müddət zorlayıb boğaraq öldürdülər - VİDEO

!Reklam – Yazi

Almaniyanın Visbaden şəhərinin kənarında Suzanna F. adlı 14 yaşlı qızın bərbad hala salınmış cəsədi aşkar edilib.

Yenicag.az bildirir ki, Suzanna bu ilin fevralında ailəsi ilə birlikdə Moldovadan Almaniyanın Mayns şəhərinə mühacirət edib.

Yerli TV-nin məlumatına görə, həddi-büluğa çatmamış qız 22 mayda məşğələdən evə qayıtmadığı üçün axtarışlar başlanılmışdı.

Polisin əldə etdiyi məlumata görə, cinayətkarlar öz qurbanını öldürməzdən əvvəl uzun müddət zorlayıb, sonra isə iplə boğublar.

Zorlanma və qətldə şübhəli bilinən 2 miqrant saxlanılıb. Bunlar 20 yaşlı İraq qaçqını Əli Başarsa və 35 yaşlı Türkiyə vətəndaşıdır.

Onlar qətlə yetirilmiş məktəbli qızın yaşadığı evin yaxınlığında qaçqınlar üçün ayrılmış yataqxanada yaşayıblar.

Zaur H.

www.yenicag.az

7728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv