!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

14 yaşlı uşağı maşınla vurub öldürdü - Şamaxıda

!Reklam – Yazi

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 118-ci kilometrliyində Muğanlı kəndi ərazisində baş verib. “VAZ 2106” markalı minik avtomobili yolu keçən 14 yaşlı oğlanı vurub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına apararkən, o yolda dünyasını dəyişib. Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv