14 yaşlı uşaq 200 min dollar qazandı

14 yaşlı Qriffin Spikoski 9 ay müddətində məşhurlaşıb.

Yenicag.az xəbər verir ki, bu məşhurluq ona 9 ay ərzində 200 min dollar qazandırıb.

Belə ki, azyaşlı 9 ay əvvəl məşhur “Fortnite” oyununu oynayan zaman “YouTube” sosial şəbəkəsinə video yükləyib. Qısa müddət ərzində onun videosu 7,5 milyon izlənilib. Bu isə Spikoskiyə milyonlarla izləyici qazandırıb.

Bundan həvəslənən Qriffin videolarının sayını çoxaldıb. Və onun yüklədiyi videolar qısa müddət ərzində daha da geniş yayılıb. Nəticədə o, “YouTube”dan və şirkətlərdən reklam gəlirləri əldə edib.

Emin