140 məhbusun adı prezidentə təqdim edildi

images (1)Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib.

Bu barədə Report-a Komissiyadan məlumat verilib.

“Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var”, – Komissiyadan bildirilib.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.