141 nömrəli avtobus xəttindən şikayətlər bitmək bilmir – VİDEO

Sakinlər bu avtobusun gec gəlməyindən narazıdır, sürücülər isə avtobusun dolmamasından…

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Mərdəkan qəsəbəsindən 8 km bazarı və əks istiqamətə işləyən 141 saylı marşrut avtobusundan gedir. Xəzər xəbərin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə avtobuslar köhnə və sınıq salxaq vəziyyətdədir, özü də gec-gec gəlir. Sürücülər isə əksini iddia edir.

Məsələ ilə bağlı Yerüstü nəqliyyat agentliyindən sorğumuza bildirdilər ki, sözügedən istiqamət üzrə sərnişin axını təhlil olunub.

Daha ətraflı videoda: