Üç uşaq KFC-nin yeməklərindən zəhərlənib.
Bu barədə mediaya uşaqların valideynləri məlumat veriblər.
Onların sözlərinə görə, uşaqlar dünən günorta saatlarında 28 May metrosunun yaxınlığında yerləşən KFC-də yemək yeyiblər.
Axşam hər 3 uşağın vəziyyəti pisləşib.
Bu gün səhər saatlarında uşaqlar xəstəxanaya aparılıblar.
Onların vəziyyəti ağırdır.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(afn.az)