!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“14,5 milyard manatla bu vəziyyətdən çıxmaq olar” – Qubad İbadoğlu

!Reklam – Yazi

“Maaş, sosial müavinət və pensiyaları vaxtında ödəmək üçün hökumətə hər ay orta hesaba 1 milyard 212 milyon manat lazımdır”.

Yenicag.az xəbər verir ki, bu fkirləri 2020-ci ilin dövlət büdcəsi üzrə xərclərin bölgüsünü şərh edən iqtisadçı Qubad İbadoğlu bildrib.

Qubad İbadoğlunun sözlərinə görə, maaş, sosial müavinət və pensiyaları vaxtında ödəmək üçün hökumətə hər ay orta hesaba 1 milyard 212 milyon manat vəsait lazımdır:

“2020-ci ilin büdcəsində əməyin ödənişi ilə bağlı xərclərə növbəti ildə 6721,3 milyon manat, sosial yardımlar üçün 1659,6 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin əhaliyə ödənişlər üzrə xərcləri 4684,7 milyon manatdır. Bundan əlavə, İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin xərcləri də 128,2 milyon manat təsdiq olunub.

Beləliklə, bu il üçün yalnız əmək haqqı, sosial müavinətlər, pensiya və işsizliyə gösə sığorta ödənişlərini maliyyələşdirmək üçün 13 milyard 193 milyon 800 min manat vəsait lazımdır”.

Qubad İbadoğlu hesab edir ki, hazırda koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan 1,35 milyard manat məbləğində vəsaiti də nəzərə alsaq, onda 14 milyard 543 milyon 800 min manatla vəziyyətdən çıxmaq olar:

“Bu, dövlətin ən zəruri və minimum öhdəlikləridir. Bu isə o deməkdir ki, əmək haqları, sosial müavinətləri və pensiyaları vaxtında ödəmək üçün büdcəyə və pensiya fonduna birlikdə hər ay orta hesaba 1 milyard 212 milyon manat vəsait toplanmalıdır.

Neftin indiki qiymətlərilə bu vəsaitin hər ay 212 milyon manatı xam neft ixracatından əldə edilə bilər, yerdə qalan vəsaiti sahibkarlar və istehlakçılar ödəməlidir.

Hazırkı karantin rejimində çalışan yalnız kənd təsərrüfatı və bəzi istehsal sektorudur. Kənd təsərrüfatı sektoru da vergilərdən azaddır. Maliyyə vəziyyəti çox qəlizdir. Odur ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda İlham Əliyev hökumətə tapşırıb ki, yeni gəlir mənbələri aşkar etsinlər”.

Gülşən Şərif

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv