2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 aztəminatlı tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub.
Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri qeyd edib ki, dövlət büdcəsində sahibkarlğıa dəstək üçün əlavə 100 milyon manat nəzərdə tutulub.