!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 avtomobildən oğurluq edən şəxs saxlanıldı - VİDEO

!Reklam – Yazi

Binəqədi rayon sakini Sadiq Əliyev 5-ci Polis Bölməsinə müraciət edərək, avtomobilinin şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin salonunda olan mobil telefonunun naməlum şəraitdə oğurlandığını bildirib.

Yenicag.az xəbər verir ki, eyni məzmunlu şikayət ərizəsi ilə bölməyə daha 14 avtomobil sahibinin müraciəti daxil olub. Maşınlardan pul, mobil telefon, səsgücləndiricilər, maqnitofonlar və digər qiymətli əşyaların oğurlanması barədə məlumat verilib.

Həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb. Saxlanılan şəxs avtomobillərin salonlarındakı gözlə görünən qiymətli əşyaları oğurlamaq məqsədi ilə maşınların şüşələrini qırdığını bildirib.

Faktla bağlı araşdırmalar davam edir.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, avtomobili tərk edərkən pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri özləri ilə götürsünlər. Mümkün qədər nəqliyyat vasitələrini Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

www.yenicag.az

4488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv