Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

15 iyul Çevrilişə cəhdin kilid ismindən böyük etiraf: "FETÖ etdi"

15 iyul Çevriliş cəhdinin əsas mərkəzi olan Akıncı mərkəzi ilə bağlı məhkəmədə mühakimə olunan keçmiş Hava Qüvvələri Komandanı, Ordu Generalı Akın Öztürk, dövlət çevrilişi cəhdi ilə bir əlaqəsinin olmadığını irəli sürərək, “Kaş ölsəydim də bu hal ilə üzləşməsəydim” deyib.

Yenicag.Az Türkiyə mətbuatina istinadən xəbər verir ki, Öztürkün müdafiə üçün işlətdiyi ifadələri salondakı veteranları və şəhid yaxınlarını hiddətləndirib.

Bu davada FETÖ-nün adını ağzına almaqdan çəkinən Öztürk, dünən bu cəhdin arxasında FETÖ olduğunu da etiraf edib.

Məhkəmə Sədri Selfet Girayın, “Çevriliş təşəbbüsünü kimin etdiyini düşünürsünüz?” sualına Öztürk, “FETÖ-çü bir qrupun xarici qüvvələrin dəstəyi ilə etdiyini hesab edirəm” cavabını verib.

Məhkəmə sədri “Bu xarici dəstək nədir?”, -deyə soruşduqda Öztürk, “Türkiyənin ayaqlarını yerə möhkəm basdığını görən, bilən hər kəs ola bilər”,- deyib. Öztürk, Baş Qərargah Rəisinin Akıncı mərkəzində olduğunu öyrəndikdən sonra buraya getdiyini, Kubilay Selçuk, Ömer Faruk Harmancık, Mehmet Dişli ve Ünsal Coşkunu gördüyünü, Hulusi Akarın bu üsyançılar üçün, “bunlar bunu etdi” kimi sözlər söylədiyini təkrarlayıb, ən kritik suallara isə cavab verməyib.

Öztürk, işlədiyi günün axşamı Akıncı mərkəzindən qalxan təyyarələri koordinasiya edən kürəkəni, keçmiş Podpolkovnik Hakan Karakuşun FETÖ-çü olub-olmadığı sualına, “FETÖ-çü olduğunu bilsəm qızımı verməzdim” cavabını verib.

Yenicag.az

www.yenicag.az

410
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM