15 iyul çevrilişinin pərdəarxası – İHH başqanı danışdı

ihhTürkiyədə çevriliş cəhdinə qarşı mövqeyi ilə seçilən və “Vətən” prospektində hərbçilərin qarşısının kəsilməsində mühim rol oynayan İnsani Yardım Vəqfi (İHH) başqanı Bülənt Yıldırım FETÖ çevrilişi ilə əlaqədar maraqlı açıqlamalar verib. Yenicag.az xəbər verir ki, TV NET-də çıxış edən B. Yıldırım “Heç kim özünü aldatmasın. Bu xain cəhdin arxasında ABŞ və İsrail var və Fətullah Gülən onlardan icazəsiz belə bir addım atmaz” deyib.

“Bu çevriliş cəhdinin arxasında ABŞ-ın güclü bir qrupu ilə İsrailə bağlı bir dəstə var” deyə, açıqlama verən İHH başqanı İsraildəki prossesləri yaxından izlədiyini də bildirib: “Netanyahu nazirlərə “danışmayın” təlimatı verdi, fəqət İsrail xalqı “Ərdoğan rejimi devrilir” deyə, sevinc nümayiş etdirdi. İsrailin bu cəhddə çox ciddi bir iradəsi var”.

ABŞ və İsrailin ilk dəfə bir çevriliş cəhdində müvəffəqiyyətsiz olduqlarını bildirən Bülənt Yıldırım “Bu səbəbdən də vətəndaş müharibəsi çıxarmaq istədilər, “topla-təyyarə ilə insanları vuraq” dedilər. Biz bütün məzlumlar adına imperializmə və sionizmə qarşı mübarizə apardıq və qazandıq” söyləyib.

Yenicag.az

 

 

COP29