Reklam

"15 iyul Dastanı" - Bakıda “Uzun gecənin qısa tarixi” anladılacaq

Reklam

15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş insanları anmaq məqsədilə Azərbaycanda silsilə tədbirlər keçirilir. Paytaxt Bakı da daxil olmaqla tədbirlər Gəncə, Naxçıvan, Mingəçevir və digər bölgələri də əhatə edəcək.

“15 iyul Dastanı” adlı ən geniş tədbir isə bu gün axşam saat 17-də Akademik Milli Dram Teatrında baş tutacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi Yenicag.az-a açıqlamasında bildirib ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özörol, tanınmış mədəniyyət və siyasi xadimlər, eləcə də o gecənin dəhşətlərini öz gözləri ilə görən polis rəisi iştirak edəcək. Əli Həsənov prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyacaq.

Tədbir zamanı 15 İyul hadisələrindən bəhs edən sənədli film nümayiş olunacaq.

Teatrın foyesində hadisəni əks etdirən fotosərgi nümayiş olunacaq. Eyni zamanda, 15 iyul hadisələrindən bəhs edən “Uzun gecənin qısa tarixi” adlı kitabın da təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, Türkiyənin tanınmış aparıcısı Özgə Uzunun aparıcılığı ilə baş tutan tədbirin rejissoru İrfan Çivtçidir.

Cəvahir Səlimqızı
Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 204
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."