Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

15 iyul mitinqində İlham Əliyevə Türkiyəyə böyük dəstəyinə görə təşəkkür edildi - VİDEO

Reklam: Sinerji Pro

Türkiyədə 15 iyul çevrilişə cəhdin ildönümünə həsr olunan mitinqlər davam edir.

Yenicag.az xəbər verir ki, mitinqlərdə Azərbaycanın Türkiyəyə verdiyi dəstək xüsusi olaraq qeyd olunur. Dünya dövlətlərinin susduğu bir zamanda Azərbaycanın qeyd-şərtsiz dəstəyi Anadolu insanının təqdirini qazanıb.

Qardaş ölkənin dövlət rəsmilərinin dəfələrlə qeyd etdiyi sözlər 15 iyul mitinqlərində də vurğulanıb. Türkiyə şəhərlərinin birində keçirilən mitinqdə Azərbaycan Prezidentinin türk həmkarına dediyi “Sən gələ bilməzsən, mən gələrəm” sözləri və 15 iyuldan sonra terrorçubaşı Güləndən götürülən müsahibəyə görə ANS telekanalının bağlanması, Qafqaz Universiteti, “Zaman Azərbaycan” qəzetlərinin, TUSİAB-ın fəaliyyətinə xitam verilməsi qeyd olunub.

İlham Əliyevin Türkiyəyə bu jesti mitinq iştirakçıları tərəfindən də böyük coşqu ilə qarşılanıb.

Yenicag.az

www.yenicag.az

1044
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM