“15 iyul olaylarında dəstək görmədiyimiz dostlardan küsmədik” – AKP-nin sözçüsü – Video

“15 iyul çevriliş cəhdinin qarşısında xalq dayandı, milyonlarla insan iradə ortaya qoydu”.

Yenicag.Az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Mahir Ünal xarici jurnalistlərlə söhbətində deyib.

Ünalın sözlərinə görə, FETÖ terror şəbəkəsi dövlətin içinə sızaraq, fəaliyyət göstərməyə çalışıb:

“Onlar bizim qarşımızda jurnalist və digər peşə sahibləri kimi durmuşdular. Onlar missioner kimi fəaliyyət göstərirdilər. 2016-cı ilin iyulun 15-də dövlət çevirilişinə cəhd oldu. Bu çevirilişin qarşısında xalq dayandı, milyonlarla insan iradə ortaya qoydular.

Ona görə də o gecə çox qiymətlidir. Həmin gecə xalq əxlaq nümayiş etdirildi, insanlar əsgərlərin silahlarını aldılar, amma incitmədilər, toxunmadılar. Bu toplum o qədər sivildir ki, iyulun 16-da həyat həmin qayda ilə davam etdi.

Biz həmin hadisədən sonra dostlarımızı yanımızda görməsək də, onlardan küsmədik, hadisənin detallarını onlara isbat etməyə çalışdıq. Türkiyə insan hüquq və azadlıqlarına çox böyük önəm verir”.

A.Ünal qeyd edib ki, AKP hətta iqtidara gəldikdən sonra da müxtəlif təzyiqlərlə üzləşsə də, qarşıya çıxan çətinlikləri dəf edib:

“AKP yaradılandan və iqtidar partiyası olan zamandan demokratik prinsiplərə sahib çıxdıq, sivil toplum yaratmağa çalışdıq.

Bu müddət ərzində partiya bağlanma təhkükəsi üz-üzə qaldıq, dövlət çevirilişinə cəhdlə üzləşdik. Biz bunların öhdəsindən gələ bildik”.

M.Ünal 15 iyul hadisəsi zamanı Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib, Azərbaycan xalqına, hökumətinə təşəkkürünü bildirib.

Yenicag.Az