Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“15 iyul sadəcə, çevriliş cəhdi yox, həm də dövlətin təməlini sarsıtmaq təşəbbüsü idi” – AKP-nin azərbaycanlı deputatı

Reklam: Sinerji Pro

“FETÖ-nün beynəlxalq himayəçilərinin əngəllərinə baxmayaraq, şəbəkənin tam sıradan çıxarılması istiqamətində ardıcıl işlər görülür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında FETÖ terror şəbəkəsinin 15 iyul 2016-cı il hərbi çevriliş təşəbbüsündən ötən 3 il ərzində Fətullah Gülən çətəsinə qarşı həyata keçirilən tədbirləri dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan Azərbaycan əsilli deputatı Şamil Ayrım deyib.

Şamil Ayrımın sözlərinə görə, nə qədər çətin olsa da, Türkiyə dövləti böyük güclərin davamlı olaraq himayə etdiyi FETÖ-nün tam zərərsizləşdirilməsi üçün bütün tədbirləri görür: “FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdi Türkiyə dövləti ilə millətinin vəhdətini bir daha bütün dünyaya göstərdi. Milli iradə yenə öz üstünlüyünü saxlayaraq, Türkiyəni dizi üstə qoymaq istəyənləri yerində oturtdu. Çox təəssüf ki, həmin çevriliş gecəsində iki yüzdən artıq insanımız həyatını itirdi. Onlara Allahdan rəhmət diləyirəm. Bu gün Türkiyənin hər yerində 15 iyul olaylarının ildönümü qeyd olunacaq. Məclisdə, o cümlədən, prezident Rəcəb Tayyib Ərdoğanın hamiliyində bir sıra tədbirlər keçiriləcək. Yeri gəlmişkən, 15 iyul çevriliş təşəbbüsünün ildönümü tədbirlərində Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da iştirak edəcək. Bəzən suallar verilir ki, FETÖ-nün kökü niyə hələ də kəsilməyib. Demək istəyirəm ki, ötən əsrin 70-ci illərindən etibarən formalaşdırılan o hərəkatın kökü çox dərinlərə uzanıb. Heç kəs şübhə etməsin ki, FETÖ-nün beynəlxalq himayəçilərinin əngəllərinə baxmayaraq, şəbəkənin tam sıradan çıxarılması istiqamətində ardıcıl işlər görülür və bunun nəticəsi mütləq olacaq”.

A.Zeynalov

www.yenicag.az

8260