15 İyun – Milli Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Günü bizim üçün sadəcə təqvimdə bayram günü deyil, bu böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, xalqına arxalanan və xalqına dayaq olan görkəmli dövlət xadimi Heydər Əliyevdir.
Ümummilli liderin bu sözləri hər birimizin yaddaşına əbədi həkk olunub: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Azərbaycan xalqı haqlı olaraq ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini, dahiyanə qərarlarını dövlət müstəqilliyimizin təməl daşı kimi qiymətləndirir və öz böyük xilaskarını unutmur. Xalqımız 15 İyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü özünəməxsus yer tutur. Bu şanlı tarixin ən parlaq səhifələrindən olan 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təməlinin qoyulduğu günlərdəndir.Görkəmli dövlət xadiminin siyasi kursu təkcə ölkə daxilində milli birliyə yönəlik deyildi, Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının birləşməsinə, milli həmrəyliyə, milli maraqların qorunmasına, vətənpərvərlik hissinin daha da artırılmasına yönələn dahiyanə çağırışdır. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra ölkədə bütün sahələrdə əldə edilmiş uğurların əsasını məhz milli birlik və həmrəylik konsepsiyası təşkil edib.
Heydər Əliyev dühasının sayəsində azərbaycançılıq ideologiya kimi formalaşıb, milli maraqlar mənəvi-ideoloji sərvətə, azərbaycançılıq məfkurəsi isə dünya azərbaycanlılarının hakim olduğu məfkurəyə çevrilib. Azərbaycan artıq böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyasını isə məhz ulu öndər Heydər Əliyev müəyyənləşdirib.
Bu, birmənalıdır ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli liderin müəyyən etdiyi siyasi kurs dayanır və bu gün Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsi Azərbaycanın işıqlı və firavan gələcəyinin təminatçısına çevrilib.
Bununla yanaşı, birmənalı olaraq vurğulanmalıdır ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr xalqın birliyinə, əminəmanlığına hesablanmış addımlardır. Xalqımızın 15 iyundan başlayan birliyi, mütəşəkkilliyi bu gün hər sahədə öz sözünü deyir. Bayramımız mübarək!
Emin Hacıyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru