15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans keçirildi – FOTO

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşəbüsü ilə 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, kafedra müdirləri Teymur İlyaslı, Eldar Əhmədov, Yasin Cəfərov, Rasim Alosmanov,YMB kimyası kafedrasinin müəllimi Elçin Əkbərov və çoxsaylı tələbələr iştirak edib.

Kimya fakültənin dekan müavini Fuad Kərimli, kafedra müdiri Yasin Cəfərov və THT-nın sədri Emin Qulusoy konfransda məruzə ilə çıxış ediblər. Çıxışçılar ulu öndər Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışının xalqımızın və yenicə müstəqilliyini bərpa edən dövlətimizin xaos və parçalanmadan, vətəndaş müharibəsindən xilas edilməsində həlledici mərhələnin əsasını qoyduğunu bildiriblər. 15 iyun Milli Qurtuluş gününün müasir Azərbaycan tarixinin ən əlamətdar və qiymətli hadisəsi olduğunu deyən natiqlər müstəqil Azərbaycanın ümummili lider Heydər Əliyevin şah əsəri olduğunu deyiblər.

Konfrans müzakirələrlə davam etdirilib.