Xəbər verdiyimiz kimi, Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” kafesində güclü yanğın baş verib.
Ölümlə nəticələnən yanğının baş verdiyi Kostromadakı kafe vilayət dumasının deputatı və “Vahid Rusiya” fraksiyasının üzvü İxtiyar Mirzəyevə məxsusdur.
O, 1969-cu ildə Yardımlı rayonunun Ostayır kəndində doğulub.
Qeyd edək ki, faciə nəticəsində həlak olanların sayı artıq 15 nəfərə çatıb. Pirotexniki vasitədən istifadə edən şəxs barəsində cinayət işi başladılıb.