!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“15 sentyabra dövlət bayramı statusu verilməlidir” – Partiya sədri

!Reklam – Yazi

“Bakının azad edilməsinin 100-cü ildönümü mərasimlərinə beynəlxalq qatılım səviyyəsi Azərbaycan ətrafında vəziyyətin həssaslaşdığını göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi ilə bağlı hazırlanan genişmiqyaslı tədbirləri dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyevin sözlərinə görə, Qafqaz İslam Ordusunun 100 il əvvəl Bakını düşmən qüvvələrindən təmizləməsi Azərbaycan-Türkiyə qardaşlığının məzhəbüstü mahiyyət daşımasının bariz təsdiqidir:
“Bakının 1918-ci il sentyabrın 15-də birləşmiş bolşevik-daşnak qüvvələrindən azad edilməsi Azərbaycanın son 100 illik tarixində 28 may qədər olduqca mühüm əhəmiyyət daşıyan hadisədir. Bu gün həmin tarixlə bağlı danışmaq əlbəttə ki, asandır.

Ancaq 100 il əvvəlki dövrün hərbi-siyasi vəziyyətinə nəzər saldıqda, Qafqaz İslam Ordusunun necə çətin bir missiyanı uğurla yerinə yetirdiyini görə bilərik. Bakının azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti göstəricisi olmaqla bərabər, bu münasibətlərin məzhəb və digər amillərin fövqündə dayandığını bir daha təsdiqləyir.

Əlbəttə, bu tarixi haddisənin belə yüksək səviyyədə qeyd olunması mütləq vacib addımdır – tariximizin ən şərəfli səhifələrindən biri məhz maksimum təntənə ilə anılmalıdır. Mən dəyərli jurnalist Sevinc xanımın təşəbbüsünə qoşularaq, 15 sentyabr tarixinə dövlət bayramı statusu verilməli olduğunu düşünürəm.

Bakının azad edilməsinin 100-cü ildönümü münasibəti ilə təşkil olunacaq mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, İsrailin müdafiə naziri Aviqdor Libermanın və digər şəxslərin iştirakı bu hadisənin əhəmiyyətini bütün dünyaya nümayiş etdirir. Eyni zamanda, mərasimlərə bu səviyyədə beynəlxalq qatılım Azərbaycan ətrafında vəziyyətin həssaslaşdığını göstərir və özlüyündə dünyaya verilən mesaj kimi də qiymətləndirilə bilər”.

A.Zeynalov

www.yenicag.az

2187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv