!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda YENİ TƏDRİS İLİ: Nazir dərslərin başlayacağı tarixi açıqladı

!Reklam – Yazi

“Orta məktəblərdə sentyabrın 15-dən etibarən, ibtidai siniflər həftədə iki və ya üç dəfə olmaqla, tədrisə başlaya bilər”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən təhsil naziri Emin Əmrullayev deyib.

Emin Əmrullayev bildirib ki, artıq 63 ölkədə məktəblərin fəaliyyəti bu və ya digər formada bərpa edilib. 55 ölkədə məktəblərin açılacağı tarix elan olunub, 39 ölkədə isə bununla bağlı hələ qərar verilməyib.

Ölkəmizdə isə məktəblərin açılmasına dair qərar verilərkən, ən optimal varianta istinad olunub:

“Verilən qərarların mahiyyətində differensial yanaşma dayanıb. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir. Əsas prinsip isə öyrənənlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasıdır. Uşaq bağçalarının fəaliyyətinə icazə verilməsi isə epidemioloji vəziyyətdən asılı olacaq”.

Nazirin sözlərinə görə, sentyabrın 15-dən orta məktəblərdə I-IV siniflər üçün dərslər ənənəvi qaydada başlayacaq: “Oktyabrın 1-dən həftədə iki və ya üç dəfə olmaqla, V-IX siniflər də tədrisə əyani şəkildə başlaya bilər. Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur

Gülşən Şərif

www.yenicag.az

3035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv